https://news.day.az/az/economic/1228368.html Zaqatalada tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb - FOTO

Zaqatalada tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb - FOTO

İqtisadiyyat, 26 Aprel 2020 16:51 (UTC +04:00) 130 066
Zaqatalada tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb

"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin törəmə müəssisəsi olan "Azərtütün ASK" MMC-nin Zaqatala rayonunda yerləşən tütün istehsalı və emalı məntəqəsinin istixana təsərrüfatında yetişdirilmiş tütün şitillərinin sahələrə köçürülməsi prosesinə başlanılıb.

Trend-in məlumatına görə, Tütün şitilləri "Azərtütün ASK" MMC-yə məxsus xüsusi texnikanın köməyi ilə sahəyə köçürülür.

Qeyd edək ki, "Azərtütün ASK" MMC tərəfindən ötən təsərrüfat ilində Zaqatala rayonunda 410,2 hektar sahədə "Virciniya botaniki" növlü tütün əkilib.

Tütün istehsalı və emalı məntəqəsi istehsalçılardan 2 min 560 ton yaşıl tütün kütləsi qəbul edib. Yaşıl kütlə emal məntəqəsindəki xüsusi kameralarda qurudulduqdan sonra ondan 407 ton 588 kiloqram quru tütün əldə olunub.

  • Zaqatalada tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər