https://news.day.az/az/economic/1228707.html Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndə heyətləri arasında müzakirələr aparılıb

Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndə heyətləri arasında müzakirələr aparılıb

İqtisadiyyat, 27 Aprel 2020 15:08 (UTC +04:00) 130 023
Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndə heyətləri arasında müzakirələr aparılıb

Aprelin 27-də Dövlət Gömrük Komitəsi və İran İslam Respublikasının Gömrük İdarəsinin nümayəndə heyətləri arasında onlayn rejimdə müzakirələr aparılıb. Azərbaycan nümayəndə heyətinə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov rəhbərlik edib.

Dövlət Gömrük Komitəsindən Day.Az-a verilən məlumata görə, virtual görüşdə iki ölkə arasındakı gömrük-keçid buraxılış məntəqələrində yükdaşımaların koronavirus (Covid-19) pandemiyası ilə əlaqədar tətbiq edilən rejimə uyğunlaşdırılması, malların və nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərinin tənzimlənməsi, eləcə də bir sıra məsələlər müzakirə edilib.

Eyni zamanda, görüşdə Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən Azərbaycan-İran birgə müəssisəsi "AzKron" MMC-nin fəaliyyətinin davamlılığının təmin edilməsi məqsədilə şirkətin ünvanına gələn malların daşınması zamanı yaranan texniki məsələlər müzakirə olunub və təkliflər səsləndirilib.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər