https://news.day.az/az/economic/1229094.html BP Azərbaycanda hasilatı azaldacaq

BP Azərbaycanda hasilatı azaldacaq

İqtisadiyyat, 28 Aprel 2020 15:13 (UTC +04:00) 130 209
BP Azərbaycanda hasilatı azaldacaq

Böyük Britaniyanın BP şirkəti OPEC+ sazişində iştirak edən ölkələrdə neft hasilatını azaltmağa hazır olduğunu bildirib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu BP-nin upstream-layihələr üzrə icraçı maliyyə direktoru Mürrey Oçinkloss investorlarla videokonfrans zamanı deyib.

O bildirib ki, hazırda hasilatın azalması barədə danışıqlar aparılır:

"Bu gün biz Anqola, Azərbaycan, Rusiya və Yaxın Şərqdə danışıqlar aparırıq. Konkret rəqəmlər məlum deyil, amma onu deyə bilərəm ki, OPEK+ sazişi ilə əlaqədar ikinci rübdə hasilatın azalmasının şahidi olacağıq".

Qeyd edək ki, OPEK+ sazişi çərçivəsində hasilatçı ölkələr may-iyun aylarında hasilatı 9,7 milyon barel/sutkaya azaldacaq.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər