https://news.day.az/az/economic/1229411.html Azərbaycan 10,4 milyon dollarlıq peyk xidmətləri ixrac edib

Azərbaycan 10,4 milyon dollarlıq peyk xidmətləri ixrac edib

İqtisadiyyat, 29 Aprel 2020 10:48 (UTC +04:00) 130 087
Azərbaycan 10,4 milyon dollarlıq peyk xidmətləri ixrac edib

2020-ci ilin yanvar-mart aylarında "Azərkosmos" ASC tərəfindən dünyanın 24 ölkəsinə 10,4 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

Bu barədə Day.Az-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

"Azərkosmos" ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib. "Azərkosmos" ASC-nin 2020-cu ilin yanvar-mart aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Birləşmiş Krallıq, Fransa, BƏƏ və Almaniyadır.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər