Azərbaycanın avtomobil yükdaşımalarından gəliri artıb
2020-ci ilin yanvar-mart aylarında Azərbaycan 1,81 milyard dollar məbləğində avtomobil yükdaşımaları həyata keçirib. Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz çoxdur.
Day.Az-a bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.
Hesabat dövründə avtomobil nəqliyyatı vasitəsilə 879,5 min ton yük daşınıb ki, bu da 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə 6,03 faiz çoxdur.
Avtomobil nəqliyyatı vasitəsilə ixrac yükdaşımalarının həcmi 288 056 ton (7,4 faiz azalma), məbləği 304,4 milyon dollar (13,2 faiz artım) təşkil edib.
Eyni dövrdə avtomobil nəqliyyatı vasitəsilə idxal yükdaşımalarının həcmi 591,5 min ton (12,9 faiz artım), məbləği 1,5 milyard dollar (13,3 faiz artım) təşkil edib.
Ümumilikdə, 2020-ci ilin yanvar-mart aylarında Azərbaycanın ticarət dövriyyəsi 6,8 milyard dollar, ixracı 4,21 milyard dollar, idxalı 2,6 milyard dollardan çox alıb.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.