Rusiya bazarı Azərbaycan məhsullarının tədarükündə maraqlıdır
Rusiya Azərbaycan məhsullarının tədarükündə maraqlıdır.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev deyib.
O bildirib ki, Rusiya Azərbaycanın qeyri-neft ixracı üçün əsas bazardır:
"Son dövrlərdə Azərbaycan məhsullarının Rusiyaya ixracı əhəmiyyətli şəkildə artır. 2019-cu ildə Rusiyaya 731,8 milyon dollar məbləğində məhsul ixrac edilib ki, bu da 2018-ci illə müqayisədə 10 faiz azdır. Koronavirus pandemiyasına baxmayaraq bu ilin birinci rübündə ixracın artımı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 12 faiz təşkil edib. Biz görürük ki, Azərbaycanın istehsal imkanları və Rusiya bazarının tələb potensialı çox yüksəkdir".
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.