https://news.day.az/az/economic/1230260.html Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb

Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb

İqtisadiyyat, 1 May 2020 12:20 (UTC +04:00) 130 281
Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib.

Day.Az "APA-Economics"ə istinadən məlumat verir ki, bu barədə Azərbaycvan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında məlumat verib.

Faiz dəhlizinin yuxarı həddi 9%-dən 8%-ə endirlib. Aşağı hədd isə dəyişməz saxlanılıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 19 mart 2020-ci ildə uçot dərəcəsinin 7,25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib. Faiz dəhlizinin yuxarı həddi 9% saxlanılmaqla aşağı həddi 6,75%-ə qaldırılıb.

Qeyd edək ki, faiz dəhlizinin parametrlərinə dair növbəti qərar 19 iyun tarixində açıqlanacaq.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər