https://news.day.az/az/economic/1230274.html Azərbaycan nefti bahalaşır

Azərbaycan nefti bahalaşır

İqtisadiyyat, 1 May 2020 12:25 (UTC +04:00) 130 506
Azərbaycan nefti bahalaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 30-da 22,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,61 dollar/barel çoxdur.

Bu barədə Day.Az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 21,49 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,82 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 22,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,01 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 19,67 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,72 dollar/barel çoxdur.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər