https://news.day.az/az/economic/1230275.html Elman Rüstəmov: “Amrah Bank”da çalışanların əməkhaqlarının verilməsi ilə bağlı tədbirlər görülür

Elman Rüstəmov: “Amrah Bank”da çalışanların əməkhaqlarının verilməsi ilə bağlı tədbirlər görülür

İqtisadiyyat, 1 May 2020 13:00 (UTC +04:00) 130 359
Elman Rüstəmov: “Amrah Bank”da çalışanların əməkhaqlarının verilməsi ilə bağlı tədbirlər görülür

"Amrah Bank" ASC-də çalışanların əməkhaqlarının verilməsi ilə bağlı tədbirlər görülür.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov mayın 1-də keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, "Amrah Bank"da kapital itkisinə yol verilib. Bank rəhbərliyi ilə görüş zamanı kapitalın artırılması təklif olunub. Lakin buna imkanları olmadığı üçün bankın bağlanması tövsiyə edilib.

Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 2020-ci il 27 aprel tarixli qərarı ilə "Amrah Bank" ASC-ə müvəqqəti inzibatçılar təyin edilib, aprel 28-də isə bankın lisenziyası ləğv olunub.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər