https://news.day.az/az/economic/1230289.html Bağlanan banklardakı əmanətlər nə zaman qaytarılacaq? - RƏSMİ AÇIQLAMA

Bağlanan banklardakı əmanətlər nə zaman qaytarılacaq? - RƏSMİ AÇIQLAMA

İqtisadiyyat, 1 May 2020 13:24 (UTC +04:00) 132 045
Bağlanan banklardakı əmanətlər nə zaman qaytarılacaq?

Bağlanan banklardakı əmanətlərin qaytarılmasına bu ayın sonundan başlanılacaq.

Day.Az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qanunvericilikdə bu müddət 3 ay nəzərdə tutulsa da, mayın sonundan "Amrah Bank" və "Atabank"da qalan əmanətlərin qaytarılmasına başlanılacaq.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 2020-ci il 27 aprel tarixli müvafiq qərarları ilə "Atabank" ASC, "AGBank" ASC, "NBCBank" ASC və "Amrah Bank" ASC-ə müvəqqəti inzibatçılar təyin edilib.

Aprelin 28-də isə "AtaBank" ASC-nin və "Amrah Bank" ASC-nin lisenziyaları ləğv olunub.

Asif Mehman

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər