https://news.day.az/az/economic/1230481.html Azərbaycanda müvəqqəti vergi rejimi tətbiq edilir

Azərbaycanda müvəqqəti vergi rejimi tətbiq edilir

İqtisadiyyat, 1 May 2020 18:02 (UTC +04:00) 130 975
Azərbaycanda müvəqqəti vergi rejimi tətbiq edilir

Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar müvəqqəti vergi rejimi tətbiq ediləcək.

Day.Az -ın məlumatına görə, bu, Milli Məclisin bu gün  keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən yeni - XVIII fəsildə (Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi) əksini tapıb (birinci oxunuş).

Layihə Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının 5.1-5.11-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə hazırlanıb və pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) vergi güzəştlərinin və tətillərinin verilməsini nəzərdə tutur.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər