“Belavia” Bakıya birdəfəlik reys həyata keçirəcək

Belarusun "Belavia" şirkəti Bakıya birdəfəlik reys həyata keçirəcək.

Day.Az-ın Trendə istinadən məlumatına görə, bu barədə aviaşirkətin "Facebook" səhifəsində yazılıb.

Qeyd olunur ki, Belarus və Azərbaycan vətəndaşlarının ölkələrinə qayıtması üçün şirkət mayın 12-13-də Minsk-Bakı-Minsk reysini həyata keçirəcək.

Təyyarə Minskdən mayın 12-də saat 23:15-də yola düşəcək, mayın 13-də 03:35-də Bakıya çatacaq. Bu reys yalnız Azərbaycan vətəndaşları üçün nəzərdə tutulur.

Bakıdan reys mayın 13-də saat 04:35-də yola düşəcək, Minskə saat 07:10-da çatacaq.

Biletləri "Belavia"nı saytından, aviaşirkətin bilet satışı ofislərindən və agentliklərdən əldə etmək olar.

Bakıdan reys mayın 13-də saat 04:35-də yola düşəcək, Minskə saat 07:10-da çatacaq.

Biletləri "Belavia"nı saytından, aviaşirkətin bilet satışı ofislərindən və agentliklərdən əldə etmək olar.