https://news.day.az/az/economic/1232045.html Fransa-Azərbaycan işgüzar şurasının növbəti iclası keçiriləcək

Fransa-Azərbaycan işgüzar şurasının növbəti iclası keçiriləcək

İqtisadiyyat, 6 May 2020 08:14 (UTC +04:00) 130 718
Fransa-Azərbaycan işgüzar şurasının növbəti iclası keçiriləcək

Mayın 12-də İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Fransa-Azərbaycan Ticarət və Sənaye Palatası birlikdə "MEDEF İnternational" təşkilatının Fransa-Azərbaycan işgüzar şurasının növbəti iclası keçiriləcək.

Trend-in "MEDEF International"ın saytına istinadən verdiyi məlumata görə, vebinar formatında keçiriləcək tədbirdə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak edəcək.

Görüşdə Azərbaycanda koronavirusun iqtisadiyyata təsirini azaltmaq üçün görülən tədbirlər, həmçinin pandemiyanın investisiya layihələrinə, insan resurslarının idarə edilməsinə və gömrük prosedurlarına təsiri müzakirə ediləcək.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər