https://news.day.az/az/economic/1232064.html Bakıda son üç ayda ticarət dövriyyəsinin həcmi artıb

Bakıda son üç ayda ticarət dövriyyəsinin həcmi artıb

İqtisadiyyat, 6 May 2020 09:23 (UTC +04:00) 130 648
Bakıda son üç ayda ticarət dövriyyəsinin həcmi artıb

2020-ci ilin yanvar-mart aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz artaraq 5 milyard 124,6 milyon manat olub.

Day.Az-ın məlumatına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə 0,9 faiz artaraq 2 milyard 378,3 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 1,1 faiz artaraq 2 milyard 746,3 milyon manata bərabər olub.

İstehlak məhsullarının 30,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 20,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 48,5 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər