Bütün ölkələrə uçuşlar nə vaxt bərpa olunacaq?

Biz pandemiya dövrünü bitirən kimi uçuşları həyata keçirməyə hazırıq.

Day.Az-ın məlumatına görə, bunu Azərbaycan Hava Yolları şirkətinin aviadaşımaların satış mərkəzinin rəisi Niyazi Həsənov deyib.

O əlavə edib ki, istərdik ki, pandemiyadan sonra bütün ölkələrə uçuşlar həyata keçirək:

"Amma bu, ilk növbədə bizi hansı ölkələrin qəbul etməsindən asılıdır. Yalnız bundan sonra ucuşları nəzərdən keçirib bərpa edə bilərik. Hələlik uçuşların nə zaman bərpa olacağını demək bizim üçün çətin olar".