Koronavirusla qripə eyni zamanda yoluxsaq nə olar?

Çin alimləri koronavirusla qripə eyni zamanda yoluxmanın təhlükəsini müəyyən ediblər.

Bu barədə "İzvestiya" məlumat yayıb.

Bildirilir ki, qrip yuxarı, koronavirus isə aşağı tənəffüs yollarına təsir edir. Bu vəziyyət orqanizmi daha böyük risk altında qoyur. Belə xəstələrin sağalma ehtimalı azalır.

Bu zaman daha bir təhlükə xəstənin koronavirus daşıyıcısı olması səbəbindən virusu başqalarına yoluxdurmasıdır.

Eyni zamanda, alimlər müəyyən ediblər ki, insan həm qrip, həm də koronavirusa yoluxubsa, testlər düzgün nəticə göstərməyə bilər. Qrip koronavirusdan əvvəl meydana gəlibsə, bu, səhv nəticə ehtimalını daha da artırır.