https://news.day.az/az/health/1219811.html
COVID-19 heyvanlar arasında da yayılmağa başlayıb
COVID-19 heyvanlar arasında da yayılmağa başlayıb

Baytarlar Çinin Uhan şəhərindəki ev və çöl pişiklərinin 15 faizində koronavirus infeksiyasına yoluxma halı aşkar edib.
Tədqiqatın nəticələri "BioRxiv" elektron elmi kitabxanası tərəfindən ictimailəşdirilib.
Mütəxəssislər koronavirus yayılmamışdan əvvəl 39 pişikdən, pandemiyadan sonra isə 102 pişikdən götürülmüş qan nümunələrini testdən keçiriblər.
Məlum olub ki, virusun yayılmasına qədər heyvanlar COVID-19-a yoluxmayıblar, ancaq pandemiyadan sonra 102 pişikdən 15-i bu virusa yoluxub.
Çinli bioloqlar bildiriblər ki, koronavirusa yoluxan pişiklərin sağ qalmaq ehtimalı yoxdur.
Messencerlərdə bizə qoşulun:
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.