https://news.day.az/az/health/1226972.html ABŞ-da koronavirusu ev şəraitində müəyyən edən testlərin keçirilməsinə lisenziya verilib

ABŞ-da koronavirusu ev şəraitində müəyyən edən testlərin keçirilməsinə lisenziya verilib

Sağlamlıq, 22 Aprel 2020 19:35 (UTC +04:00) 907
ABŞ-da koronavirusu ev şəraitində müəyyən edən testlərin keçirilməsinə lisenziya verilib

ABŞ-da koronavirus infeksiyasını ev şəraitində müəyyənləşdirmək üçün testlərin keçirilməsinə lisenziya verilib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, lisenziyanı ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin Ərzaq və Dərman preparatlarının Keyfiyyətinə Nəzarət Xidməti verib.

Qeyd olunur ki, özünün koronavirusa yoluxmasından şübhələnən şəxs evi tərk etmədən test keçirə bilər. Daha sonra nəticələr germetik qablaşdırmada müvafiq laboratoriyaya göndərilir.

Test sisteminə burundan nümunə götürmək tampon və duz məhlulu daxildir.

Lisenziyanı alan "LabCorp" şirkəti yaxın zamanlarda bir çox ştatda test sistemlərini tədarük edəcək.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər