Koronavirusdan mübarizənin yeganə üsulu açıqlandı
Alimlərin fikrincə, yalnız kütləvi vaksinləmə üsulu ilə koronavirus pandemiyasına qalib gəlmək ola bilər.
Day.Az medicina.az-a istinadən bildirir ki, mütəxəssislərin bu fikrini "Science Alert" nəşri açıqlayıb.
İmmunologiya professoru Erik Vilve nəşrə bildirib ki, insan orqanizmində RNK əsaslı viruslara qarşı anticisimlərin (orqanizmə yad zülallar, bakteriyalar-red) yetərli miqdarını yığmaq üçün üç həftə tələb olunur. Anticisimlər bu halda orqanizmin müdafiəsini bir neçə aya təmin edə bilər.
Amma alim hesab edir ki, bu yalnız nəzəriyyədir. Çünki yeni koronavirus virusoloqlara və epidemioloqlara bütün yeni sürprizləri göstərir.
Virusa yoluxmuş immunitetli xəstələrin sağalmalarına baxmayaraq, koronavirusun yenidən yaranması halları da məlumdur. Buna Cənubi Koreya təcrübəsi misal ola bilər.
Virusun heç vaxt orqanizmdə "yatan" və simptomsuz, məsələn, "herpes" kimi tamamilə yox olmayaraq qalması da daha çox ehtimal ediləndir.
Bu və digər qeyri-müəyyənlikləri nəzərə alaraq, ekspertlər müəyyən müddət ərzində dünyada koronavirusa qarşı kollektiv immunitetin əmələ gələcəyini və pandemiyanın öz-özünə yox olacağını da ehtimal edirlər.
Avstraliyanın Kertin Universitetinin professoru Arçi Klements bildirib ki, hazırda koronavisula mübarizədə yeganə həll yolu vaksin istehsalıdır.
Qeyd edək ki, koronavirusdan vaksinin kliniki sınaqlarına bu ilin iyununda başlanılması planlaşdırılır.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.