Yodlaşdırılmış duz infarktdan xilas edir
Beynəlxalq tədqiqatçılar qrupu yodlaşdırılmış duzun il ərzində ürək-damar xəstəliklərindən əziyyət çəkən yarım milyon insanın ölümünün qarşısını ala biləcəyini müəyyən ediblər.
Tədqiqatın nəticələrinə görə, xəstələrin bir çoxunun bədənində kaliumun çatışmazlığı məlum olub.
Bu mineral davamlı olaraq qan təzyiqini normada saxlamağa kömək edir və buna görə damarlarda yükü azaldır. Yodlaşdırılmış duzda o, kifayət qədər olur.
"Çoxları gündəlik olaraq nə qədər duz istehlak etdiyimizi düşünmür. Kompüter modelimiz göstərdi ki, adi duzu yodlaşdırılmış duzla əvəz etsəniz, il ərzində ürək-damar xəstəlikləri nəticəsində 460 min, insult nəticəsində 208 min, ürək xəstəliyi səbəbindən 175 min ölümün qarşısını ala bilərsiniz", - deyə alimlər qeyd edir.
Adətən, yodlaşdırılmış adlandırılan kalium tərkibli duz adi duz kimi xüsusiyyətlərə malikdir, lakin yüz faiz natrium-xloriddən fərqli olaraq, balanslı, yəni zərərsiz və faydalıdır. Buna görə də onun istifadəsi qan təzyiqini və əlaqəli xəstəliklərin sayını azaltmaq üçün perspektivli üsuldur.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.