İmmunitet koronavirusa qarşı təsirsizdir? - ARAŞDIRMA
ABŞ-ın Boston Uşaq Xəstəxanası və Massaçusets Texnologiya İnstitutunun alimləri SARS-CoV-2 infeksiyası mexanizmini və virusa ən çox həssas olan hüceyrə növlərini müəyyənləşdirib.
Day.Az publika.az-a xəbər verir ki, tədqiqatın nəticələri "Cell" jurnalında dərc olunub. Qeyd olunub ki, bədənin əsas müdafiə sistemlərindən biri infeksiyaya qarşı təsirsizdir və əksinə xəstəliyə kömək edir.
Mütəxəssislər virusdan təsirlənən müxtəlif növ toxumaların, o cümlədən burun boşluğunun, ağciyərlərin və bağırsaqların selikli qişasını araşdırıb. Məlumdur ki, SARS-CoV-2 hüceyrələri yoluxdurmaq üçün TMPRSS2 fermentindən istifadə edərək ACE2 reseptoruna bağlanır.
Elm adamları 20 min gendən hansının müxtəlif orqanların toxumalarında olduğunu öyrənmək üçün RNT transkripsiyalarını (gen fəaliyyətinin məhsullarını) ardıcıllıqla həyata keçirib. Məlum olub ki, hüceyrələrin yalnız kiçik bir hissəsi (on faizdən az) həm ACE2, həm də TMPRSS2-yə malikdir. Bu hüceyrələrə burun qoblet hüceyrələri, ağciyərlərdə II tip alveolositlər və nazik bağırsaqlara bağlanan enterositlər daxildir.
Bundan əlavə, vücudu virusdan qorumaqda iştirak edən interferonun virusun hüceyrəyə nüfuz etməsi üçün yeni imkanlar açaraq ACE2 ifrazını stimullaşdırdığı ortaya çıxıb. COVID-19-a qarşı vasitə olaraq sınanan interferonların istifadəsi bəzi xəstələrdə infeksiyanı artıra bilər.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.