Çox yemək vərdişindən xilas olmaq üçün 10 MƏSLƏHƏT
Hər birimiz fərqində olmadan bəzən normadan artıq yeyirik.
Day.Az yenicag.az-a istinadən bildirir ki, sadə üsulları tətbiq edərək çox yeməyin qarşısını almaq mümkündür.
Diqqətini yeməyə ver - Yemək yeyərkən telefon, tv, kompüter kimi diqqət dağıdan əşyalardan uzaq olun.
Özünə dəyər ver - Həddindən artıq məhdudiyyətlər qoymaq aclıq krizlərinə səbəb olur. Buna görə də, vaxtaşırı ürəyinizin istədiyini yeyin.
Zərərli qidalardan uzaq olun - Evinizdə hazır və asan qəbul edə biləcəyiniz qidaları saxlamayın.
Boşqabdan yeyin - Tək olsanız belə, qazandan yemək götürməyin. Bununla porsiyalarınıza nəzarət etmək daha asan olacaq.
Stresdən uzaq olun - Stress daha çox yemək yemə istəyi yaratdığı üçün bu cür sitüasiyalardan uzaq olmağa çalışın.
Lifli qidalar qəbul edin - Fındıq, lobya və.s. kimi lifli qidalar uzun müddət toxluq hissi yaradır.
Dost çevrənizə diqqət edin - Ətrafınızda sağlıqsız qidalar yeyən insanlar çoxaldıqca istər-istəməz siz də onlara oxşayacaqsınız. Buna görə də, dost seçərkən ehtiyatlı olun.
Su için - Yeməyin yanında kola və ya meyvə şirəsi içmək əvəzinə su qəbul edin.
Sağlam yağlara üstünlük verin - Avokado, fındıq, zeytin yağları uzun müddət tox saxlayır.
Protein qəbul edin - Tərkibində protein olan qidalar yeyin. Xüsusilə, səhər yeməyində qəbul edəcəyiniz yumurta sizi uzun müddət enerjili edəcək.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.