Koronavirusun ehtimal olunan simptomlarının siyahısına əlavə edilib
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Mərkəzi İdarəsi koronavirusun ehtimal olunan simptomları siyahısına altı yeni maddə əlavə edib.
Day.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, yenilənmiş siyahı idarənin saytında yerləşdirilib.
Əvvəl bu siyahıya qızdırma, öskürək və nəfəsalmada çətinlik daxil idi. Artıq bu simptomlar titrəmə, üşütmə, əzələ ağrısı, baş ağrısı, boğaz ağrısı, iybilmə və ya dad hissiyatının azalması ilə tamamlanır. Bütün bu əlamətlər infeksiyadan sonra 2-14 gün ərzində baş verə bilər.
Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Mərkəzi İdarəsi dörd halda dərhal həkimə müraciət etməyi məsləhət görür. Bu əlamətlər nəfəs darlığı, sinə ağrısı, əvvəllər müşahidə edilməyən diqqət dağınıqlığı, üz dərisinin və ya dodaqların göyərməsidir.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.