Akademik koronovirusa qalib gəlməyin yolunu açıqladı
Rusiyada mümkün qədər qısa zamanda koronavirusdan müdafiə edən təsirli vaksin hazırlanacaq. Day.Az xəbər verir ki, bu barədə V.A.Engelqardt adına Molekulyar Biologiya İnstitutunun İmmunitetin molekulyar mexanizmləri laboratoriyasının rəhbəri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Biologiya fakültəsinin İmmunologiya kafedrasının müdiri, Rusiya Elmlər Akademiyasının (REA) həqiqi üzvü Sergey Nedospasov bildirib.
Alim qeyd edib ki, virusda vaksinin alınmasına mane olan heç nə tapılmayıb. Onun hazırlanmasında genetik texnologiyalardan istifadə ediləcək.
"İstənilən müasir vaksinlərin yaradılması genetik texnologiyalarından istifadəni tələb edir. Genomun redaktəsi preklinik modellərin yaradılması zamanı lazım ola bilər", - deyə mütəxəssis bildirib.
S.Nedospasov hesab edir ki, koronavirusa yoluxmanın səbəbini aradan qaldırmaq üçün ən təsirli üsul bu xəstəliyi keçirmiş insanların qanının ümumi anticismlərinin təmizlənmiş preparatlarından istifadə olunmasıdır. O, əlavə edib ki, sağalmış insanların plazmasının köçürülməsi zamanı onunla birlikdə orqanizmə virus və ya başqa infeksiyaların da daxil olma ehtimalı yüksək olduğundan təhlükəlidir.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.