https://news.day.az/az/health/1229083.html Rusiyada koronaviruslu xəstələra Ebolaya qarşı dərman tətbiq ediləcək

Rusiyada koronaviruslu xəstələra Ebolaya qarşı dərman tətbiq ediləcək

Sağlamlıq, 28 Aprel 2020 14:50 (UTC +04:00) 813
Rusiyada koronaviruslu xəstələra Ebolaya qarşı dərman tətbiq ediləcək

Rusiyada koronaviruslu xəstələr üzərində Ebola qızdırmasına qarşı dərmanın klinik sınaqlarının keçirilməsi barədə qərar verilib. Qərar Rusiyanın 17 xəstəxanasına şamil ediləcək. Day.Az xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumt yayıb.

Məlumata görə, söhbət Yaponiya istehsalı olan "Favipiravir" preparatından gedir. Qeyd edək ki, bu dərman həmçinin "Aviqan" adı ilə daha çox tanınır və daha öncə Ebola qızdırmasının müalicəsində uğurla istifadə olunub.

Dərmanın yalnız hamilələr üçün təhlükəli olduğu qeyd edilir. Çində də bu preparat koronavirusa qarşı mübarizədə ən effektlilərdən sayılır.

Son məlumata görə, Rusiyada koronavirusa yoluxanların sayı 93 min nəfəri keçib

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər