Belorusiyada koronavirusu necə müalicə edirlər? – Səhiyyə Nazirliyi təlimatı
Belorusiyada koronaviruslu xəstələrin müalicəsi və istifadə olunan preparatlar barədə məlumatlar ölkənin səhiyyə nazirliyinin 24 aprel əmrində göstərilib.
Day.Az medicina.az-a istinadən həmin təlimata əsasən Belorusiyada tətbiq olunan müalicə metod və dərmanları təqdim edir.
Simptomsuz və yüngül formada keçirən xəstələr evdə sahə üzrə ayrılmış həkimlərin 2 gündən bir müşahidəsi altında tətbiq etdiyi müalicəni alacaqlar.
Orta və ağır formalı koronavirusda hidroksixlorin, azitromisin, tosilizumab, antibakterial dərmanlar, heparin, ritonovir. Bu dərmanları özbaşına qəbul etmək olmaz.
Xəstələnib sağalmış insanların plazmasının köçürülməsi bəzən eksperimental metod kimi tətbiq edilə bilər.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.