https://news.day.az/az/health/1230882.html Koronaviruslu xəstələrin dərisində bu dəyişikliklər olur - Övrəyəbənzər səpkilər

Koronaviruslu xəstələrin dərisində bu dəyişikliklər olur - Övrəyəbənzər səpkilər

Sağlamlıq, 2 May 2020 21:38 (UTC +04:00) 1 356
Koronaviruslu xəstələrin dərisində bu dəyişikliklər olur - Övrəyəbənzər səpkilər

İspaniyanın Dermatologiya Akademiyasının alimləri COVID-19-a yoluxanların dərisindəki dəyişikliklərin araşdırmasını aparıblar.

Tədqiqat zamanı elm adamları 375 xəstənin dərisində baş verən dəyişikləri öyrənib və beş tip dəri səpkisini müəyyən ediblər.

COVID-19-a yoluxanların 19%-nin dərisində yanıq və ya donvurma zamanı yaranan suluqlar şəklində səpkilər olub. Bu tip əsasən cavanlar arasında müşahidə olunub. Səpkilər başlıca olaraq xəstənin əllərində yaranıb.

Respondentlərin 19%-i də qaşınmaya səbəb olan övrə şəklində təzahürlərlə qarşılaşıblar.

Uçuğa oxşayan səpkilər 9%-də müşahidə olunub. Onlar əsasən bədəndə yaranıblar və qaşınma veriblər.

Araşdırılan koronaviruslu xəstələrin əksəriyyəti ləkəli papulozla üzləşiblər. Belə səpkilər çox vaxt ağır xəstələrin bədənində qeydə alınıb.

Əsasən COVID-19-un ağır formalarına yoluxan yaşlılar olmaqla, xəstələrin 6%-nin bədənində livedo (kapilyarların üzə çıxaraq torvari şəkil yaratması - red.) və nekroz (dəri hüceyrələrinin erkən ölməyi - red.) yaranıb.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər