Yazda ən çox rast gəlinən dəri xəstəliyi: Qaşınma, qızartı, şişkinlik...
Yaz aylarında bir çox xəstəliklərin şiddətləndiyi bildirilir. Ən çox narahatlıq yaradan və bu fəsildə artan problemlərdən biri də dəri xəstəlikləri hesab olunur. Onlaran biri də övrədir.
Dermatoloq, uzman həkim Firayya Məmmədova e-tibb.az-a bildirib ki, övrə dermatologiyada ən çox çox rast gəlinən dəri problemlərindən biri sayılır.
Övrə, tibbi ədəbiyyatda daha çox urticaria-urtica adlandırılan bu xəstəlik latinca gicitkən mənasını verir. Dermatoloq deyib ki, övrə dünyada ən çox rast gəlinən dəri xəstəliklərindən biridir. Dünyada hər beş insandan 2-si həyatında bir dəfə də olsa, bu problemlə üzləşir. Əsas əlaməti bədəndə gızartı, köpəşimə, qaşıntı yaranmasıdır. Gün ərzində bir yerdən çıxıb itə, başqa bir yerdə görünə bilir. 6 həftədən çox davam edərsə, xroniki problem hesab olunur.
F. Məmmədova, bu dəri xəstəliyinə əsasən yazda və payızda rast gəlindiyini açıqlayıb. Yazda mart-aprel, payızda isə sentyabr-oktyabr aylarında daha çox yaranır. Bəzən övrə selikli qişaları, yumşaq toxumanı əhatə edə, gential bölgədə, göz ətrafında da yarana bilər. Göz ətrafında, dodaqlarda şişmə yaranır. Şikayətlər ən çox axşamlar başlayır. Yatağa girəndə daha çox qaşınma olur.
Həkimin sözlərinə görə, bunun əsas səbəbləri infeksiya, stres, qida və dərmanlar hesab olunur. Bəzən adi bir ağrıkəsici və yaxud antibiotk qəbulu nəticəsində alovlanma baş verir. Bəzi xəstələr isə stomatoloji müalicə zamanı vurulan keyidici iynənin dildə, üzdə, gözdə şişmə, bədəndə qaşınma yaratdığını deyirlər. Qidalardan ən çox çiyələk, taxıl məhsulları, narıngi, ballı yeməklər, şokoladdan sonra allergik qaşıntı meydana çıxır. Hətta bəzi hallarda ölümcül vəziyyət yaranır.
Dermatoloq deyib ki, bəzən isə bu problem səbəb olmadan baş qaldırır, buna isə idiopatik övrə deyilir. Hətta helikobacter-pylori infeksiyasının da övrəyə meylliliyi artırdığı bildirilir. Bununla bağlı bir çox nəzəriyyələr olsa da, dəqiq səbəb bəlli deyil.
Mütəxəssis qeyd edib ki, bu dəri xəstəliyi əsasən müalicəyə tabe olur. Müalicə hər xəstəyə, hər vəziyyətə uyğun seçilir. Bir çox hallarda çox sadə yolla problemin öhdəsindən gəlmək mümkün olur...
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.