Bu məhsullar bağırsağın işini yaxşılaşdırır

Bəzi məhsullar bağırsaqların işini qaydaya salmağa və maddələr mübadiləsini yaxşılaşdırmağa kömək edə bilər.

Milli.Az Day.Az-a istinadən bildirir ki, bu barədə rusiyalı onkoloq Yelena Smirnova iddia edir.

Onun sözlərinə görə, səhəri bir stəkan su ilə başlamaq lazımdır. Suya limon əlavə etməyə ehtiyac yoxdur, çünki limon mədənin selikli qişası üçün çox aqressivdir.

Səhər yeməyi üçün mütəxəssis zülal (məsələn, kəsmik və ya qaynadılmış yumurta) və ya gec həzm olunan karbohidratlar (sıyıqlar), həmçinin tərəvəz istifadə etməyi məsləhət görür.

Smirnova bildirib ki, nahar "ən tutumlu yemək" olmalıdır. O, özündə ət və ya balıq şəklində zülal və gec həzm olun karbohidrat ehtiva etməlidir.  Eləcə də nahara şorba və təzə tərəvəzdən salat yemək lazımdır.

Qəlyanaltıya isə mütəxəssis meyvə məsləhət görür.

Şam rasionunda isə ağır qarnirlərdən imtina etmək lazımdır. Bu qida qəbulunun əsasında zülal və tərəvəz olmalıdır, məsələn toyuğun döş əti və tərəvəz qovurması.

Yatmamışdan öncə isə Smirnova kefir və ya qatıq içməyi məsləhət görür.

Onun sözlərinə əsasən, rasiona gün ərzində təbii probiotiklər, məsələn, kələm turşusu, duzlu xiyar, qatıq, çay göbələyi daxil etmək daha yaxşı olardı.