Həkimdən koronavirusun fəsadları barədə XƏBƏRDARLIQ: "Xəstənin halı qəfildən pisləşə bilər"
Domodedovo Mərkəzi Şəhər Xəstəxanasının baş həkimi Andrey Osipov koronavirusun gözlənilməz fəsadlarından danışıb.
Day.Az xəbər verir ki, bu barədə həkim NTV-yə məlumat verib. Mütəxəssisin fikrincə, COVID-19-a yoluxduqda xəstənin vəziyyətinin pisləşməsi müşahidə oluna bilər, bəzən bu birdən və kökündən baş verir.
Osipov xatırladıb ki, koronavirus infeksiyasına yoluxmuş insanların temperaturu yüksəlir, öskürək, bronxit görünür və hətta şiddətli "kovoidal" sətəlcəm inkişaf edə bilər.
Onun sözlərinə görə, bu, hazırda getdikcə daha da artır. "Bu gün xəstənin sadəcə yüksək hərarəti ola bilər, heç bir kliniki əlamətlər özünü göstərməz, lakin sabah mexaniki ventilyasiya üçün reanimasiyaya yerləşdirilə bilər. Bu, koronavirusun təcavüzkar təzahürüdür", - deyə mütəxəssis qeyd edib.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.