COVID-19 üçün peyvənd əldə etməyə nə qədər yaxınıq?
Qlobal COVID-19 pandemiyasına son qoymaq üçün peyvənd yarışında səkkiz iddiaçı öndədir.
Day.Az Milli.az-a istinadən verdiyi məlumata görə, peyvəndin hazırlanmasında bu səkkiz namizəd Çin, ABŞ, Britaniya və Almaniyadakı klinikalarda insanlar üzərində sınaqlar keçirir. Onların ardınca müxtəlif inkişaf mərhələlərdə olan azı 94 namizəd var.
Tramp administrasiyası ilin sonuna qədər yüz milyonlarla dozada peyvəndin əldə olunmasında təkid edir. Buna baxmayaraq, mütəxəssislər görünməmiş sürətlə peyvəndin hazırlanmasının onun təhlükəsizliyini riskə ala biləcəyini bildirir. Digər tərəfdən, peyvənd namizədlərindən hər hansı birinin effektiv olacağına da dair zəmanət yoxdur.
"Əslində, məni narahat edən odur ki, bunu tez bir zamanda hazırlamağı planlaşdırırıqsa, təhlükəsizlik və effektivliklə bağlı əsas məsələləri bilməyəcəyik" - deyə, Filadelfiya Uşaq Xəstəxanasındakı Peyvənd Təhsil Mərkəzinin direktoru Pol Offit bildirib.
Üç kateqoriya
Peyvəndin hazırlanmasında səkkiz namizəd üç kateqoriya üzrə iş aparır.
Birinci kateqoriyanı klassik texnika adlandırmaq olar: xəstənin immun sistemini virusun ölü versiyası təqdim edilərək, virusa cavab vermək üçün işə salınır. Çinli tədqiqatçılarının üç fərqli qrupu aktiv olmayan virus yolu ilə peyvəndləri sınaqdan keçirir.
İkinci kateqoriyada virusla mübarizə aparmaq üçün başqa virusdan istifadə edilir.
Hansı xəstəliyə səbəb olursa olsun - COVID-19, Ebola və ya ümumi soyuqdəymə - virus özü-özlüyündə yeni nümunələrini yaratmaq üçün təlimatları özündə cəmləşdirir.
Bu yeni peyvəndin inkişaf etdirilməsi strategiyasında alimlər virusun birindən təlimatları çıxarır və onları koronavirusun yalnız bir hissəsini yaratmaq üçün təlimatlarla əvəz edirlər.
Bu yanaşmadan Çin və İngiltərədə alimlərdən ibarət iki qrup istifadə edir.
Üçüncü strategiya vasitəçini istisna edir. Tədqiqatçılar virus vasitəsilə təlimat vermək əvəzinə, DON və ya RNT şəklində birbaşa xəstəyə koronavirus elementinin genetik kodunu daxil edirlər.
İki qrup RNT vaksinləri üzərində işləyir, digəri DNT ilə inkişaf etdirməyə çalışır.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.