ABŞ koronavirus xəstələrinin müalicəsi üçün preparat hazırlayacaq
ABŞ-da Ağ Evin koronavirusla mübarizə üzrə baş məsləhətçisi doktor Entoni Fauçi eksperimental antivirus preparatının "Gilead Sciences" şirkəti tərəfindən hazırlanacağını bəyan edib. Day.Az xəbər verir ki, o, bu preparatın COVID-19 virusuna yoluxanların müalicəsində standart dərman kimi istifadə ediləcəyini bildirib.
Klinik araşdırmanın nəticələri göstərir ki, "Gilead Sciences" şirkətinin istehsal etdiyi nukleotid analoqlar sinfinə aid antivirus preparatı koronavirus xəstələrinin orqanlarının funksiyasının bərpasına imkan yaradır və ölüm hallarının azalmasına səbəb olur.
Şirkət tərəfindən dərc olunmuş nəticələr göstərir ki, sözügedən preparatı qəbul edən xəstələr örtüklü tabletlərlə müalicə olunanların 31 faizindən daha tez sağalır.
Hazırda ABŞ-ın Qida məhsulları və dərman preparatlarının keyfiyyətinə nəzarət üzrə inzibati idarəsi preparatın tezliklə tibb müəssisələrinə təqdim edilməsi barədə istehsalçı ilə danışıqlar aparır.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.