Əlləri bu hallarda mütləq yumaq lazımdır

Pandemiya dövründə əllərin tez-tez yuyulması, təmiz saxlanması əsas tövsiyələrdən biridir. Bu, demək olar ki, hər gün mütəxəssislər, əlaqədar qurumlar tərəfindən vurğulanır.

Bu gün isə dünyada Əl Gigiyenası Günü kimi qeyd olunur.

Day.Az saglamolun.az-a istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının bu günlə bağlı açıqladığı məlumatda bildirilir ki, əlləri su və sabunla yumaq koronavirusun (COVID-19) qarşısını almaq üçün əsas qabaqlayıcı tədbirlərdən biridir. ÜST bir daha vurğulayır ki, özünüzü və digərlərini xəstələnməkdən qorumaq üçün əllərinizi yuyun. Əlləri bu hallarda yumaq vacibdir:

- Öskürdükdən və ya asqırdıqdan sonra

- Xəstəyə qulluq edərkən

- Yemək hazırlayarkən, eləcə də hazırlamazdan əvvəl və sonra

- Yemək yeməzdən öncə

- Tualetdən istifadə etdikdən sonra

- Əllər gözlə görülə biləcək dərəcədə çirkli olduqda

- Heyvanlara və ya heyvan tullantılarına toxunduqdan sonra.