https://news.day.az/az/health/1232450.html Koronavirusu məhv edən ilk vaksin hazırlandı

Koronavirusu məhv edən ilk vaksin hazırlandı

Sağlamlıq, 7 May 2020 09:21 (UTC +04:00) 875
Koronavirusu məhv edən ilk vaksin hazırlandı

İtaliyalı alimlər COVID-19 virusunu məhv edə biləcək ilk vaksini hazırlayıb. 

Day.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. 

Alimlər tezliklə vaksinin insanlar üzərində sınağına başlanılacağını bildiriblər. 

Vaksin ilkin mərhələdə gəmiricilər üzərində testdən keçirilib. Siçanlara laboratoriya şəraitində vaksin yeridilib və nəticələr göstərib ki, anticisimlər koronavirusun vücuddakı hüceyrələrə yoluxmasını dayandırmağa müvəffəq olub.

Dərmanın genişmiqyaslı sınaqları cari ilin payızında başlayacaq. 

Dünyada COVID-19 virusuna 3,8 milyon insan yoluxub ki, onların da 263,086 nəfəri həyatını itirib, 1,285,591 nəfər isə sağalmağı bacarıb.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər