https://news.day.az/az/health/1232474.html Dünyanı koronavirus bəlasından xilas etməyə yaxın olan alimi öldürdülər

Dünyanı koronavirus bəlasından xilas etməyə yaxın olan alimi öldürdülər

Sağlamlıq, 7 May 2020 10:07 (UTC +04:00) 1 461
Dünyanı koronavirus bəlasından xilas etməyə yaxın olan alimi öldürdülər

ABŞ-da koronavirus üzərində əhəmiyyətli kəşf astanasında olan Pittsburq Tibb Universitetinin tədqiqatçısı güllələnib.

Day.Az xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.

37 yaşlı mütəxəssis Binq Liu Pittsburqun şimalında yerləşən evində qətlə yetirilib. Çinli alimə iki dəfə - baş və boyun nahiyəsindən atəş açılıb.

Cinayət tez bir zamanda müəyyən olunub. Belə ki, qətldən bir saat sonra polis Binq Liunun cəsədini aşkar edib. Alimin evindən bir kilometrdən az məsafədə isə park edilmiş avtomobildə onun qatilinin intihar etdiyi müəyyənləşib.

Çinli alimin və onun qatilinin ölümü yerli polis tərəfindən araşdırılır.

Məlumata görə, Binq Liu bir müddət əvvəl COVID-19-un əsasını qoyduğu hüceyrə mexanizmlərinin kodlaşması üzərində işləyirmiş. O, dünyanı cənginə almış koronavirusla bağlı əhəmiyyətli kəşfə yaxın olub. 

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər