Çexiyada koronavirusa qarşı peyvənd hazırlanır
Çexiyada pandemiyanın ikinci və üçüncü dalğası ehtimalları nəzərə alınaraq koronavirusa qarşı peyvəndin hazırlanması üzərində tədqiqatlar davam etdirilir. Day.Az xəbər verir ki, bu barədə Çexiyanın Səhiyyə naziri Adam Voytex mayın 4-də keçirilən mətbuat konfransında məlumat verib.
"Vaksinin hazırlanması üzərində Dövlət Səhiyyə İnstitutunun, Hematologiya İnstitutunun, Klinik və Eksperimental Tibb İnstitutunun alimləri çalışırlar. Hazırda tədqiqatların ilk laboratoriya mərhələsi həyata keçirilir", - deyə nazir bildirib.
Tədqiqatın elmi rəhbərlərindən biri olan kardioloq Vera Adamkovanın sözlərinə görə, Çexiyada COVID-19 əleyhinə vaksinin hazırlanması üzərində işlər cari ilin fevral ayından başlayıb. Hazırda dünyada 80-nə yaxın laboratoriya bu kimi tədqiqatlarla məşğul olur.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.