https://news.day.az/az/politics/1211121.html Qurbanqulu Berdiməhəmmədov Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Qurbanqulu Berdiməhəmmədov Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Siyasət, 11 Mart 2020 16:25 (UTC +04:00) 312
Qurbanqulu Berdiməhəmmədov Şəhidlər xiyabanını ziyarət edib

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov martın 11-də Şəhidlər xiyabanını ziyarət edib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Türkmənistanın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycan paytaxtının mənzərəsini seyr edən Türkmənistan Prezidentinə Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

  • Qurbanqulu Berdiməhəmmədov Şəhidlər xiyabanını ziyarət edib

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər