https://news.day.az/az/politics/1219858.html Türk PA: Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “seçkiləri” şiddətlə qınayırıq

Türk PA: Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “seçkiləri” şiddətlə qınayırıq

Siyasət, 4 Aprel 2020 11:56 (UTC +04:00) 498
Türk PA: Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “seçkiləri” şiddətlə qınayırıq

Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) beynəlxalq hüquq norma və prinsiplərinin hər hansı qaydada pozulmasını, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə xələl gətirən Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma "seçkiləri" şiddətlə qınayır.

Day.Az-ın məlumatına görə, bu barədə Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA) martın 31-də Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"lə bağlı yaydığı bəyanatda qeyd olunub:

"TÜRKPA, bəyannamələrində dəfələrlə təsbit edildiyi kimi Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həllində qətiyyətli şəkildə dəstəyini bir daha vurğulayır".

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər