İsmət Səttarov Milli Televiziya və Radio Şurasına üzv təyin edilib

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev İ.R.Səttarovun Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, İsmət Rəcəb oğlu Səttarov 6 il müddətinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib.