Avropa Parlamentinin neonasist deputatı erməni terrorunu dəstəkləyir - TƏFƏRRÜATLAR

Siyasətlə idiotzm antaqonist, zidd məhfumlardır. İdiotun siyasətçi olması, siyasətçinin də idiotluğa qapılması və bunu məntiqi davranış sayması faktiki olaraq, mümkün deyil.
Lakin yaşamın bütün sahələrində olduğu kimi, siyasətdə də istisnalar var.
Belə istisnalardan biri almaniyalı "siyasətçi" Lars Patrik Berqdir.
Onun fəaliyyətinin son dövrlərini iki sözlə səciyyələndirmək olar: qeyri-adekvatlıq və bilərəkdən provokasiyalar edərək diqqəti cəlb etmək, sonda da diqqət mərkəzində olmağını qətiyyətli mövqe və fərqli baxış bucağı kimi təqdim etmək.
Avropa Parlamentinin (AP) deputatı, Almaniyanın ifrat sağçı və radikal partiyalarından olan "Almaniya üçün Alternativ" (Alternative für Deutschland - AfD) partiyasının funksioneri Lars Patrik Berq "qara rekordçu" və ya marazmatik "komplimentar" sayıla bilər.
Herr Berqin aşkar ermənipərəst siyasi fəaliyyətinin aktiv dönəmi üç il əvvəl başlanıb. 2017-ci ilin noyyabr ayında Almaniyanın Baden-Vürtemberq əyalətinin yerli qanunverici məclisinin (landtaq) üzvü, 2019-cu ildə isə Avropa Parlamentinin mənsubu kimi o, Dağlıq Qarabağda və Azərbaycanın erməni işğalında olan digər ərazilərində səfərdə olub.
Məhz bu səbəbdən o, 2017-ci ildə "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı"na, yəni ölkəmiz üçün arzuolunmaz şəxslərin "qara siyahı"sına daxil olunub.
Avropa Parlamentində bir sıra komitələrin üzvü olmuş Lars Patrik Berq L.P.Berq Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində əvəzedici (substitute) statusundadır.
Paradoksa bax ki, o, eyni zamanda Ermənistan və Gürcüstanla bağlı fəaliyyət göstərən komitələrdə də əvəzedici "missiya"sına malikdir.
Ötən ilin noyabr ayında Ermənistan səfəri zamanı armenpress.am saytına verdiyi müsahibəsində Dağlıq Qarabağı "xristianlığın beşiyi" və "xristian inancının qalası" adlandırmışdı. Müsahibə zamanı "Qərbi Avropa Arsax bölgəsində mövcud olan münaqişənin həlli üçün sülh danışıqlarına kömək etməli və Türkiyədən gələn gərginliyə son qoymalıdır" kimi absurd fikirlər səsləndirməsi onun islamofob olmasının bariz nümunəsidir.
L.P.Berqin islamofob və anti-türk mövqe nümayiş etdirməsi heç də təsadüfi deyildir. Belə ki, alman mediasında onun gənc yaşlarından etibarən islamofobiyanı və türk düşmənçiliyini təşviq edən müxtəlif zərərli dərnəklərdə fəal iştirak etdiyi barədə məlumatlar dərc olunur.
L.P.Berq mediada AP-dəki mühafizəkarlara münasibətdə səslənən "Müsəlmanlara nifrət edən nasist" (Muslim-hating Nazis) iddialarına cavab olaraq, L.P.Berq "Avropa Parlamentində mühafizəkar qrupların müsəlmanlara nifrət edən nasistlər olmadığı"nı söyləmişdi. 2017-ci ilin may ayında müsahibələrinin birində o, İslam ideologiyasının və təbliğatının demokratiya üçün kəskin bir təhdid olduğunu, dövlət bu təhlükəyə davamlı şəkildə qarşı çıxmasının vacibliyini ("a defensive state must consistently counter this danger") vurğulamışdı
AP-nin deputatı olan L.P.Berqin nasistlərlə əməkdaşlıq etmiş Qaregin Njde ideyalarından ilhamlanan separatçı rejimə məktub ünvanlaması onun işğala, separatizmə, müharibə cinayətlərinə və etnik təmizləməyə bəraət qazandırması deyilsə, bəs nədir?
Neonasizm və ifrat-şovinist irqçilik kimi radikal sağçı təmayüllərə meyilli olan, eləcə də alman mediasının daimi və sərt tənqid obyektinə çevrilmiş AfD partiyası Almaniyada populist, irqçi, anti-semitist və islamafob qüvvə kimi tanınır və onu Almaniyanın konstitusion quruluşuna zidd siyasət yürütməkdə ittiham edirlər. Təsadüfi deyildir ki, partiyanın 2016-cı ildə "İslam Almaniyanın hissəsi deyil!" sloqanı ilə keçirilən konqresində İslam simvollarının Almaniyada qadağan olunmasına çağırışlar edilmişdir.
Almaniya kəşfiyyatının məlumatına əsasən, AfD xarici xüsusi xidmət orqanları tərəfindən yaradılıb. Bu səbəbdən, sağlam təfəkkürlü insanlar müxtəlif qüvvələr tərəfindən manipulyasiya olunan bu partiyanın siyasi xəttinə etiraz olaraq mütəmadi olaraq aksiyalar təşkil edirlər.
Bu neonasist və irqçi ideologiyalı partiyanın mənsubu olan Lars Patrik Berqin qarabağlı erməni terrorçuoarla sıx əlaqələr qurması, Xankəndidəki separatçı rejimi "xristianlığı qalası" və "müstəqil dövlət" kimi tərifləməsi də təsadüfi deyil.
Aşkar, hətta zooloji islamofob, irçiqi olan Berqin Avropadakı erməni diasporları ilə sıx əlaqələri olduğundan o, sadəcə, sifariş yerinə yetirən və belə primitiv lobbinq fəaliyyətini az qala absurd həddinə çatdıran marazmatikdir.
İfadə sərt təsir bağışlaya bilər, amma Berqe marazmatiki biz yox, Almaniyanın nüfuzlu "Die Welt" və "Stern" nəşrləri deyirlər. Ölkədəki bütün (!) müsəlman vətəndaşların çıxarılmasını və vətəndaşlıqdan məhrum edilməsini, miqrantlarını istisnasız olarq hamısının (!) qovulmasını tələb edən çıxışları ilə fərqlənən Berq eyni zamanda, Avropadakı ən müxtəlif irqçi, separatçı və şovinist təşkilatlarla təmaslarda olan başabəla siyasətçi, daha doğrusu, siyasətçiyə parodiyadır.
Özünü "əsl ari", "nordik" insan sayan Berq siyasi təlxək və əslini danan namərd təsiri bağışlayır. Çünki "əsl alman" olduğunu sürəkli vurğulayıb müsəlmanları "untermensch", yəni "normal inkişaf etməmiş" adam sayan 54 yaşlı Lars Patrik Berq yanılır.
Çünki onun damarlarında yəhudi, ispan, polyak, serb qanı da axır və o, heç bir vəchlə "ari irq mənsubu, əsl nordik alman" sayıla bilməz.
Tüblingen, Heydelberq və Münhen universitetlərində Şərqi Avropa tarixini öyrənən, sonra Leyspiq və Moskvada beynəlxalq energetika şirkətində çalışan Berqin imkanı olsa, bəlkə də iş otağında başının üstündən 3-cü Reyxin bayrağını asar, görüşəndə də "Sieg Heil!"deyərdi.
Amma demir, çünki neonasist mövqenin və baxışlarının aşkar bəlirlənməsi Almaniyada cinayət məsuliyyətidir, cəzası da çox ağırdır.
Separatçılarla əlaqə, Xankəndidəki terrorçuların dəstəklənməsini isə sıravi alman bürgerlərə "siyasi mövqe" kimi qələmə vermək olar.
Hələlik...
Elçin Alıoğlu
Milli.Az
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.