https://news.day.az/az/politics/1232860.html Bu gün deputatlar 18 məsələ üçün toplaşır

Bu gün deputatlar 18 məsələ üçün toplaşır

Siyasət, 8 May 2020 08:26 (UTC +04:00) 127 288
Bu gün deputatlar 18 məsələ üçün toplaşır

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Day.Az Trend-ə istinadən verdiyi məlumata görə, iclasın gündəliyinə 18 məsələ daxildir.

Deputatlar "GUAM - Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın Nizamnaməsində dəyişikliklər edilməsi haqqında" Protokolun təsdiq edilməsi, "Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında" qanun layihəsi, eləcə də "Sosial sığorta haqqında" qanuna, Vergi Məcəlləsinə, "Hərbi qulluqçuların statusu haqında", "İnzibati icraat haqqında", "Təhsil haqqında" və "Elm haqqında" qanunlara dəyişikliklər və digər məsələləri müzakirə edəcəklər.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər