Siyavuş Novruzov: “AXC-Müsavat hakimiyyətinin nəsli-nəcabəti, babaları - hamısı fərari idi”

"Azərbaycan Böyük Vətən müharibəsində iki əsas cəhətlə iştirak edib. Birincisi, böyük insan qüvvəsi, ikincisi təchizatla..."

Day.Az  APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Siyavuş Novruzov deyib.

S. Novruzovun sözlərinə görə, Azərbaycanda elə bir ailə yoxdur ki, üzvlərindən kimsə bu müharibədə həlak və ya əlil olmasın: "Burada oturanların hər birinin ailəsində də var. Öz ailəmdən götürürəm - mənim iki babam bu müharibədə vuruşub. AXC-Müsavat hakimiyyətə gələndə bunların hamısının üstündən xətt çəkdi. Onlar bizim babalarımızı vətən xaini adlandırdılar. Onların nəsli-nəcabəti, babaları - hamısı fərari idi. Ümummilli liderin hakimiyyətə gəlməsi ilə bu ədalətsizlik tamamilə bərpa olundu. Bu gün insanlarımız bilir ki, vətən hər zaman onların arxasındadır".