Cavid Osmanov: Əli Kərimli Ermənistanın səfiri funksiyasını yerinə yetirir

Bu gün Şuşanın Ermənistan tərəfindən işğalının 28-ci ili tamam olur. Şuşanın işğal edilməsində AXC-Müsavat cütlüyünün rolu az deyil.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu deputat Cavid Osmanov parlamentin bu gün keçirilən iclasında deyib.

Deputat bildirib ki, AXC-Müsavat cütlüyü Azərbaycan xalqına xəyanət edərək Ermənistanın Azərbaycan torpaqarının işğal etməsinə dəstək veriblər:

"Xəyanətkarların, satqınların toplaşdığı Millli Şura adlı qurum Ermənistanın səfirliyi, Əli Kərimli isə onların səfiri funksiyasını yerinə yetirir. Mən hüquq-mühafizə orqanlarına çağırış edirəm ki, Azərbaycan xalqını hər gün təhqir edən insanların, dövlətimizə, müstəqilliyimizə, xalqımıza xəyanət edənlərin əməllərinə hüquqi qiymət verilməsinin vaxtıdır".