Rusiyalı ekspert: Bakı Böyük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsini anır və veteranların qayğısına qalır
Bakı Böyük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsini anır və veteranların qayğısına qalır.
Day.Az xəbər verir ki, bunu Trend-ə rusiyalı ekspert Aleksandr Tixanski deyib.
O qeyd edib ki, Qaregin Njdenin simasında nasizmin qəhrəmanlaşdırılması cəhdlərini davam etdirməklə yanaşı, həm də müharibə veteranlarına ödəmələri verməmək üçün hər şeyi edən Ermənistandan fərqli olaraq, Azərbaycan tarixə və dəyərlərə münasibətini dəyişmək fikrində deyil:
"Yerevandan fərqli olaraq, Bakı qəhrəmanların xatirəsini anır və veteranların qayğısına qalır. Bunu Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Vətən Müharibəsi veteranlarına, həlak olanların dul xanımlarına, orden və medallarla təltif olunmuş şəxslərə birdəfəlik maddi yardım barədə sərəncamı təsdiq edir. Ermənistana gəldikdə isə, bu ölkədə hökumətdə kimlərin olduğunu nəzərə alsaq, müharibə veteranlarına başqa münasibət gözləməyə dəyməz".
Ekspert xatırladıb ki, Azərbaycan Sovet Sosialist Respublikası Böyük Vətən Mühraibəsinə Sovet İttifaqı ilə birgə 1941-ci il iyunun 22-də daxil olub:
"Böyük Vətən Müharibəsində 250 min azərbaycanlı döyüşçü həlak olub. 400 mindən çox azərbaycanlı müxtəlif orden və medallarla təltif edilib, 123 nəfəri Sovet İttifaqı qəhrəmanı olub. Azərbaycan ərazisində 87 batalyon, 1 123 özünümüdafiə dəstəsi yaradılıb, 77-ci, 223-cü, 396-cı, 402-ci və 416-cı atıcı diviziyalar formalaşdırılıb və onlar döyüşərək Baltik ölkələrinə, Şərqi Avropaya, Berlinə çatıblar. Müharibə illərində Azərbaycan cəbhədə neft və neft məhsullarının əsas tədarükçüsü olub. Çarşal Georgi Jukov yazırdı ki, Bakı neftçiləri cəbhəyə vətənin müdafiəsi və düşmən üzərində qələbə üçün tələb olunan qədər yanacaq verirdilər".
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.