https://news.day.az/az/politics/1233371.html Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub

Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub

Siyasət, 9 May 2020 13:07 (UTC +04:00) 127 624
Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyanın Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Day.Az  AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi münasibətilə Rusiya Prezidentini və dost Rusiya xalqını təbrik edib.

Vladimir Putin göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində, bayram münasibətilə Azərbaycan Prezidentinə və dost Azərbaycan xalqına təbriklərini çatdırıb.

Dövlət başçıları koronavirusla mübarizə istiqamətində görülən işlər və ölkələrimizin bu sahədə əməkdaşlığı barədə fikir mübadiləsi aparıblar.

Telefon söhbəti zamanı Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinin gələcək inkişafı ilə bağlı məsələlər müzakirə edilib.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər