Elmar Məmmədyarov və Tacikistan Xarici İşlər naziri arasında telefon danışığı olub
Bu ilin 9 may tarixində Xarici İşlər naziri Elmar Məmmədyarovun Tacikistan Xarici İşlər naziri Sirociddin Muhriddin ilə telefon söhbəti baş tutub.
Xarici İşlər Nazirliyindən Day.Az-a verilən məlumata görə, nazirlər bir-birlərini müqəddəs Ramazan ayı münasibətilə, eləcə də Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 75 illiyi münasibətilə təbrik etdilər.
Tərəflər hazırda mövcud olan beynəlxalq sağlamlıq böhranı ilə mübarizə çərçivəsində dövlətər tərəfindən atılan addımlar və bu xüsusda əməkdaşlığın əhəmiyyəti barədə ümumi fikir mübadiləsi apardılar.
İki qardaş ölkə arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri, eləcə də nəqliyyat logistika sahəsi də daxil olmaqla iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri Nazirlər tərəfindən geniş müzakirə edildi.
Tərəflər, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələsinə toxundular və gələcəkdə bu əməkdaşlığın genişləndirilməsinə razılıq ifadə etdilər.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.