Yaşar Nurinin qızı Ülkərin sponsoru kimdir? - ÖZÜ AÇIQLADI

Görünməyən tərəf verilişinin növbəti qonağı mərhum xalq artisti, Yaşar Nurinin qızı Ülkər Yaşarqızı olub.

Day.Az xəbər verir ki, o verilişdə görünmədiyi tərəflərindən danışıb. 

"Elə vaxt olub ki, restoranın sanitar qovşağında ağlayıb çıxmışam, amma kefimin yaxşı olduğunu kimsə bilməyib. Fevral ayında qəza keçirmişdim. Yarım saat oxuyurdum ayaqlarım əsirdi, amma heç kimə hiss etdirmirdim.
Atam mənə çox azadlıq verib. Amma bu azadlıq içində çox tərbiyəli böyümüşəm. Mən dövlət işində də çalışmışam, hətta vizajist belə olmuşam. Deyirlər ki, atası öldü getdi oxudu, ərindən boşandı getdi oxudu. Kənardan insanı qınamaq çox asandır. Kimisə qınasaq sabah öz başına gələr. Elə deyən insanlar da mənim üçün mənasız insanlardır.

Bu sənətdə nə qazanmışamsa, özüm qazanmışam. Bu gün heç bir kişi çıxıb deyə bilməz ki, mən Yaşar Nurinin qızına dəstək və ya kömək etmişəm. Bu sənətə görə anama borcluyam. Pulsuz da qalmışam, amma heç vaxt çıxıb efirdə ağlamamışam ki, bizə kömək lazımdır. Amma bəzi müğənnilər var ki, çıxıb efirdə ağlayırlar, sabahı gün onlara hər şey edirlər".

ölkə.az