Leşenko ilə eyni tədbirdə olan Rusiya şou-biznesi təşvişdə
Kseniya Sobçak özünün "telegram-kanalında" koronavirusa yoluxmuş Rusiyanın Xalq artisti Lev Leşenkonun bu yaxınlarda qatıldığı tədbirdə hamını koronavirusa yoluxdura bilməsi barədə qeyd edib. Day.Az xəbər verir ki, jurnalist müğənninin martın 13-də Rusiya şou-biznesinin əksər nümayəndələrinin iştirak etdiyi tədbirə qatıldığını bildirib - bu, bəstəkar İqor Krutoyun bacısı Allanın yubiley gecəsi olub: "Şou-biznesdə hazırda təşviş yaşanır. Hamı bu ad günü tədbirində Leşenkodan virusa yoluxub".
Qeyd edək ki, yubiley kütləvi tədbirlər barədə qadağa elan olumamışdan öncə keçirilib və burada Nikolay Baskov, Oleq Qazmanov, İrina Alleqrova, Aleksandr Rozenbaum, Valeriy Leontyev, Aleksandr Serov və başqaları olublar.
Məlumata görə, qastrollardan qayıtmış L.Leşenko karantində qalmayıb və bu tədbirə qatılıb. Onun artıq tədbirdə özünü yaxşı hiss etmədiyi qeyd edililr.
Qeyd edək ki, Rusiyanın Xalq artisti L.Leşenkonun koronavirusa yoluxduğu rəsmən təsdiq edilib.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.