https://news.day.az/az/showbiz/1217196.html
"Koronavirus olduğum müddətdə onlarla qidalandım" - Məşhur aktrisa
"Koronavirus olduğum müddətdə onlarla qidalandım" - Məşhur aktrisa
Bir müddət öncə koronavirusa yoluxduğunu bildirən aktrisa Olqa Kurylenko sağaldığını açıqlayıb.
Day.Az musavat.com-a istinadən bildirir ki, "James Bond" filmi ilə məşhurlaşan aktrisa xəstəlik boyu yaşadıqlarını sosial şəbəkədə bölüşüb:
"Artıq sağalmışam. 1 həftə özümü çox pis hiss etdim, yataqdan çıxmadım. Başım ağrıyırdı və qızdırmam vardı. İkinci həftə qızdırmam düşdü, öskürməyə başladım, özümü yorğun hiss edirdim. İkinci həftənin sonunda tamamilə sağaldım".
Olqa iki həftə boyunca sarımsaq yediyini və limonlu su içdiyini də qeyd edib.
Messencerlərdə bizə qoşulun:
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.