https://news.day.az/az/showbiz/1217654.html “I Love Rock 'n' Roll” hitinin müəllifi koronavirusdan ölüb

“I Love Rock 'n' Roll” hitinin müəllifi koronavirusdan ölüb

Şou-biznes, 30 Mart 2020 10:59 (UTC +04:00) 122 598
“I Love Rock 'n' Roll” hitinin müəllifi koronavirusdan ölüb

Amerikalı musiqiçi, məşhur "I Love Rock 'n' Roll" mahnısının müəllifi Alan Merril Nyu-Yorkda 69 yaşında koronavirusdan dünyasını dəyişib. Day.Az xəbər verir ki, bu barədə ifaçının qızı Lora məlumat verib.

Lora Merril atasının ölümündən sonra qeyd edib: "Evdə qalın. Özünüzə görə olmasa da, başqalarına görə. Mənim atama görə".

Son məlumata görə, ABŞ-da koronavirusa yoluxanların sayı 143 min, bu virusdan ölənlərin sayı isə təxminən 2,5 min nəfər qeyd edilir.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 190-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 600 mini, ölənlərin sayı isə 30 mini keçib.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər